Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Bakıda 16 yaşlı qız özünü asıb

Dünən Xəzər rayonu Şüvəlan qəsəbəsində intihara cəhd hadisəsi baş verib. Qəsəbədə 16 yaşlı qız özünü yaşadığı evdə asıb. Xoşbəxtlikdən yaxınları hadisədən tez xəbər tutaraq, xilas edə biliblər.

İlkin yardım üçün ünvana təcili tibbi yardım çağırılıb. Həkimlər bildirib ki, intihara cəhd edən yeniyetmə dərhal xəstəxanaya yerləşdirilməlidir. Lakin onu heç bir xəstəxana qəbul etmək istəməyib.

İntihara cəhd edən yeniyetmənin qardaşı bildirib ki, təcili tibbi yardım maşınında qalan xəstəni heç bir tibb müəssisəsi qəbul etməyib: “İlk olaraq bizi Mərdəkan qəsəbəsi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına apardılar. Beyninə qan getmədiyindən bacım müxtəlif hərəkətlər edirdi, təpik atırdı, qışqırırdı. Gəlib gördüm ki, həkim bacıma sillə vurub deyir ki, bezdim daha bu uşaqdan. Həkimin üstünə qışqırdım ki, həkim də xəstədən bezər? Bu nə deməkdir? Belə şey olar? Bacımın azyaşlı olduğunu bildirib, bizi “Semaşko” kimi tanınan 1 saylı Şəhər Kliniki Xəstəxanasına göndərdilər. Dedilər ki, ora aparın dərman atsın. Xəstəni “Semaşko”ya aparsaq da, orada qəbul etmədi. Elə bacıma xəstəxananın qarşısında xərəkdə baxdılar və 2 saylı uşaq xəstəxanasına göndərdilər. Ora da getdik. Həkim gülə-gülə, öz keyfində bacıma baxdı. O da təzədən bizi “Semaşko”ya qaytardı. Bacım Təcili yardım maşınında qalıb, həkim mənnən pul tələb edir ki, mən xəstəni elə-belə qəbul edə bilmərəm. 4 dəfə beləcə, xəstəxanaları gəzmişik. Evdən tələsik çıxdığımnan üstümdə elə də çoxz pul yox idi. Ona görə dedim ki, bacımı xəstəxanaya qəbul edin, atam gəlsin verərik. Daha sonra atamla danışdılar. Bundan sonra bacımı xəstəxanaya götürdülər”./aznyus/
1054 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber