Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Nazirin Eldəniz Quliyevə qarşı şikayətinə oktyabrın 15-də baxılacaq

Daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətinə oktyabrın 15-də baxılacaq. Bu barədə Nəsimi Rayon Məhkəməsindən məlumat verilib.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Lakin müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Həmin iş üzrə keçirilən prosesdə isə linqvistik ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.

Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Eldəniz Quliyev dəfələrlə polisi təhqir etmədiyini bildirib./apa/
1115 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber