Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

İrandan ABŞ-a Suriya xəbərdarlığı

İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Suriya prezidenti Bəşər Əsədə qarşı çevriliş olunmasına icazə verməyəcəklərini söyləyib, - "haber7".

Abdullahiyan Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzində təşkil olunan "İraq və İŞİD-ə qarşı Beynəlxalq İttifaq" konfransında çıxışı zamanı bildirib: "ABŞ İŞİD-ə hücum etməzdən əvvəl İrana Bəşər Əsəd hökumətinin mərkəzlərinə hücum planlarının olmadığına dair məlumat verib. Buna bənzər məlumatı Şam hökumətinə də verib. Ancaq bu mövzuda onlara güvənmirik. Buna görə prosesləri yaxından təqib edirik. ABŞ və ya hər hansı bir ölkə tərəfindən Suriyanın suverenliyinə qarşı olunacaq uçuşa qadağan bölgə və ya hərbi birliklərin Suriya torpaqlarına girməsi kimi hər hansı bir səhv addım pis nəticələrə səbəb olacaq. Bu mövzuda Türkiyəni də xəbərdar etmişik".

Abdullahiyan Ayn əl-Ərəbdəki (Kobani) vəziyyət haqqında İranın Suriyaya yardımları çərçivəsində Ayn Əl-Ərəb kürdlərinə kömək üçün lazımi cəhdlər edildiyini də söyləyib./deyerler/
1188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP