Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Mövsüm Səmədova həmrəylik nümayişi - Foto

Xəbər verdiyimiz kimi oktaybrın 9-da Azərbaycan İslam Partiyasının lideri Hacı Mövsüm Səmədovun 12 saylı cəzaçəkmə müəssisəsində onun Qobustan qapalı rejimli həbsxanaya köçürülməsi üçün məhkəməsi keçirilib.
 
Azərbaycanın tanınımış siyasi-ictimai şəxsiyyətləri və ruhaniləri Mövsüm Səmədovla həmrəylik və həmdərdlik nümayiş etdirmək məqsədi ilə 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısına toplanıblar. Onlar arasında Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvləri Hacı Sərdar Hacıhəsənli, Hacı Qədir Məmmədov, Hacı Əlihüseyn Nuri, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu, AİP-in sədr əvəzi Hacı Elçin Manafov, “Azadxeber.net” saytının baş redaktoru Emil Rahiloğlu, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin  (MMDİB) sədri Ruhullah Novruzzadə, Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov, AİP sədr müavini Hacı Akif Heydərli, AİP MNTK sədri Hacı Fəyyaz Nəbizadə, Hacı Elmar Səmədov, digər ictimai fəallar və inanclılar da olub.
 
Maide.az saytı olaraq həmin şəxslərdən bəzilərinin fikirlərini oxucularımıza çatdırırıq.
 
Hacı Sərdar Hacıhəsənli: “Hamıya bəlli olduğu kimi bu gün Azərbaycan İslam Partiyasının lideri Hacı Mövsüm Səmədovun bəlli işi ilə əlaqədar buraya toplaşmışıq. Hamıya bəllidir ki, Hacı şərlənərək həbs olunub. Onun həbsini bir qədər də ağırlaşdırmaq üçün qərara gəliblər ki, daxildə məhkəmə keçirib və Hacını 3 illik Qobustanda ciddi rejimli həbsxanaya göndərsinlər. Bizlər də Hacı ilə həmrəylik nümayiş etdirmək, etirazımızı bildirmək üçün burdayıq. Gəlmişik göstərək ki, xalq hacının günahkar olduğuna deyil, pak təqvalı, bu xalqa faydalı bir insan kimi tanıyır. Bu gün göründüyü kimi burada gərginlik yarandı. Üç kilometr qabaqdan postlar qurulub, gələn insanları, maşınları yoxlayırlar, şəxsiyyət vəsiqələrini tələb edirlər. Nəhayət, çox danışıqlardan sonra bura gəlməyimizə icazə verdilər, amma daxilə, məhkəməyə heç kəsi buraxmadılar. Biz buna da kifayətləndik. Səbəb də budur ki, hər birimiz özümüzü Allah müqabilində görəvli bilirik. Dinimizin, inancımızın tələbi budur. Haqqı tapdalanan, məzlum tanınan insanın yanında olaq. Bu gün biz fiziki cəhətdən də Hacının yanında ola bilmiriksə, mənən, ruhən, dualarımızla onun yanındayıq. Bu tək mənim deyil, bütün Azərbaycan dindarlarının, ruhaniyyətinin, ağsaqqalların, İslami təşkilatların, ziyalıların sözüdür. Bu nurani simalar özü bir göstəricidir ki, bizim daxildə olan, məhbəs həyatı yaşayan qardaş elə bu simaların biridir və biz onu dəstəkləmək məqsədi ilə buradayıq. Allah-təaladan istəyirik ki, ölkəmizdə haqsız yerə həbs olunan hər bir məhbusun – Hacı Mövsümün, Hacı Abgülün, Hacı Talehin, ölkənin azadlığı, çiçəklənməsi, insanların haqqı olan həyatı yaşaması naminə zəhməti, fəaliyyəti olan hər bir insanın azadlığını Mütəal-Allah diləyirik. Əminik ki, Azərbaycan dəyərli, düşünən xalqımızın dəstəyi ilə xalqa xidmət edən şəxslər tezliklə bu xalqın içinə qayıdacaqlar.”
Hacı İlqar İbrahimoğlu: “İnanclılar bir böyük ailədir. Biz hamımız bir ailənin üzvləriyik. Və bizim ailənin bir üzvünün həbsxana şəraitinin daha da ağırlaşdırılması üçün bu gün məhkəməsi var, ona görə hamımız gəlmişik bura. Ölkənin ictimai-siyasi xadimləri, inanclılar, dəyərli insanlar buradadır, açıqlamalar veriblər. Hesab edirik ki, bu gün durduğu yerdə, heç bir əsas olmadan məhkəmənin keçirilməsi qayda pozuntusunu daha da böyütməkdir. İslama qarşı, inanca qarşı bir dalğa başladılmışdı. Bu dalğaya etiraz edən qardaşlarımızın bəziləri bu gün həbsdədir. Biz onların adlarını da tez-tez çəkirik, onlara qarşı, məxsusən Hacı Mövsümə qarşı olunan haqsızlığın aradan götürülməsini istəyirik. Hesab edirik ki, ölkənini hər bir vicdanlı vətəndaşı, xüsusən ruhaniyyəti, ümumən öz məsuliyyətini dərk edən hər bir inanclı insan ayıq olmalıdır, narazılığını büruzə verməlidir və içəridə olan ailə üzvlərimizin azadlığı üçün əlindən gələni eləməlidir. Xüsusən qeyd eləmək istəyirəm ki, bu məsələdə sionist rejimin buradakı nökərlərinin səylərinin nəticəsi olaraq nəsə baş versə, bu ölkədə sionizmə qarşı, onların Qəzzada törətdiyi cinayətlərə qarşı onsuz da nifrət var və bu nifrət bir qədər də artacaq. Və onsuz da biz bilirik ki, bu ölkədə inanclı insanlara qarşı baş verənlər bir neçə il qabaq 33 günlük müharibə dövründə, Qəzza hadisələri dönəmində Azərbaycanda fələstinlilərlə, müsəlman qardaşlarımızla həmrəyliyinin bir növ əvəzi olaraq İslama qarşı dalğa başlamışdı. Biz onu da yaxşı bilirik ki, bu gün islamçılara qarşı olan təqiblərin əsas sifarişçilərindən biri də bunlardır. Ona görə də bu mesajımızı veririk ki, onlara nifrət bir qədər də artacaq, düşünməsinlər ki, ölkədə onlara qarşı hər hansı bir mülayimləşmə olacaq, cinayətləri göz qabağındadır. Son 51 günlük müharibədə məğlub olublar və bundan sonra məğlubiyyətləri daha da böyük olacaq. ”
 
Hacı Elçin Manafov: “Mən dəfələrlə demişəm ki, bunlar etdikləri işlərlə nəyə nail olmaq istəyirlər, heç özləri də bilmirlər. Amma bircə biz onu bilirik ki, bizim qardaşlarımızın nəinki nüfuzuna xələl gəlmir, əksinə bu işi görənlərin nüfuzu aşağı düşür. Hacı Mövsümü, Hacı Abgülü, Hacı Talehi təsadüfi deyil ki, üçünü də eyni yerə, ucqar bir yerə göndəriblər. Amma özləri də gördüyü kimi onları sevənlər buradadır. Bu işi görənlər öz əməlləri ilə nüfuzlarını yerə vururlar.”
Hacı Rövşən Əhmədli: “Hacı Mövsüm Səmədov öz doktorluğuna və ruhani alimliyinə görə həbs olunmayıb. O həm də böyük bir partiyanın siyasi lideridir. O, siyasi fəaliyyətinə görə həbs olunub. Mövsüm Səmədov ölkədə baş verən rüşvətxorluq, korrupsiya, dövlət çökdürülməsi və digər digər neqativ hallara etirazını bildirdiyinə görə həbs olunub. Təbii ki, nəinki inanclı insanlar, Azərbaycanda elə bir şəxs tapmaq olmaz ki, bizim digər ruhani və alim qardaşlarımızın şərlənərək həbs olunmasın, onlara qarşı irəli sürülən ittihamlara inanmış olsun. Hamı bilir ki, Hacı Mövsüm qardaşımız başda olmaqla 60-dan çox digər inanclı insanımız saxta ittihamlarla məhbəsdədirlər. Təbii ki, dövlət iki halda sarsılır: birincisi, cinayətkar cəzasız qalanda, bir də günahsız insana cəza veriləndə. Hər iki hal təəssüf ki, bizim dövlətimizdə baş verir. Bu gün heç bir günahı olmayan insanlar həbsxana həyatı yaşayırlar və bu gün dövlətin etibar olunmuş postlarında əyləşmiş insanlar isə cinayət törətməklə mühakimədən kənarda qalırlar. İnanclı insanlar bu dövlətin ən güvənc yeridir, ən etibarlı qüvvələridr. Heç zaman da milli dövlət maraqlarımızı heç bir güc qarşısında güzəştə getməmişik. Azərbaycana uzanan əllər, əleyhinə yönəlmiş qüvvələr qarşısında hər zaman islamçı qüvvələr dayanıblar və dayanacaqlar da. Bu cür insanların cəmiyyətdə olması həm dövlətin möhkəmlənməsinə, həm cəmiyyətin saflaşmasına böyük xidmət göstərir. Əslində bu işi görənlər həm dövlətimizə, həm millətimizə böyük ziyan vurmuş insanlardır. Baxmayaraq ki, bu gün təkcə Doktor Səmədovu mühakimə edirlər, amma əslində bu, bütün inanclılara qarşı atılmış addımdır. Doktor Səmədov layiq olduğu azadlığına qovuşacaq və biz buna əminik. Bu cür saxta ittihamlarla, qapalı həbsxanaya köçürməklə onun mübarizə əzmini qıra bilməzlər. Ümid edirik ki, bu insanları tezliklə xalqımızın iradəsi ilə azadlıqda görəcəyik.”
 
Hacı Natiq Kərimov: “Biz də Allahın razılığına görə bura gəlmişik və Hacı ilə həmrəyliyimizi bildiririk. Hacılar kifayət qədər ətraflı danışdılar. Mən də bir dənə bunu demək istəyirəm: hakimiyyət özünün söykənə biləcəyi ağacı kəsir. Uçurumu daha da dərinləşdirir. Alimləri, ruhaniləri həbsə atmaq, ancaq hakimiyyətə olan etibarı sarsıdır. Bir dənə xalqımızdan bunu istəyirəm ki, qəlbən etirazlarını heç vaxt söndürməsinlər. Qəlbdə etiraz olsa, müəyyən zaman sonra bayıra çıxacaq. Qəlbdəki etirazı istəyirəm kəndlərimdə, şəhərlərimdə, məscidlərimdə, hüseyniyyələrimdə görüm. Qələb etiraz dalğası olsa, bunlar da bu qədər zülm edə bilməzlər.”
Hacı Elmar Səmədov: “Hacı Mövsüm bu gün təkcə bir ailəni, nəsli, regionu təmsil etmir. O Azərbaycanını ictimai bir xadiminə çevrilmişdi. Həm ruhani, həm ziyalı, həm Azərbaycan xalqına məxsus olan İslam Partiyasının sədriu kimi təmsil olunur. O, yerlərdə dindarlar, qeyri-dindarlar tərəfindən müdafiə olunur. Haqqında çox maraqlanırlar, soruşurlar və çox narahatdırlar ki, niyə ona qarşı bu qədər təzyiqlər olunur?”
 
Vəkil Anar Qasımlının Maide.az-a verdiyi məlumata görə, məhkəmənin nəticəsi olaraq Mövsüm Səmədovun 2 il müddətinə Qobustana göndərilməsi barədə hökm çıxarılıb. Oktyabrın 10-da bu məhkəmə hökmündən apelyasiya şikayəti veriləcək.
 
 
 
 
 
 
 
 
 
1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49
Qar yağdı, Ba