Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

İran Kobani şəhərilə bağlı Türkiyə ilə müzakirələr aparır

Bu barədə İran xarici işlər nazirinin müavini Əmir Abdullahiyan məlumat verib

Rəsmi Tehran Suriyanın şimalında “İslam Dövləti” terror təşkilatının mühasirəsində qalan Kobani şəhərinin xilası üçün Türkiyə hökuməti ilə danışıqlar aparır.

İnterAz-ın "əl-Aləm"ə istinadla verdiyi xəbərə görə, bu barədə İran xarici işlər nazirinin müavini Əmir Abdullahiyan məlumat verib.

İran rəsmisi Tehranda “İraq və "İŞİD"ə qarşı olan müttəfiqlər” adı altında keçirilən forumda çıxışı zamanı Suriya hökuməti vasitəsilə Kobaniyə hərbi dəstəyin verilməsini önə çəkib. O, həmçinin Kobanidəki yerli camatın xilas edilməsi və bu şəhərin azad edilməsi istiqamətində Türkiyənin əsas rola malik olduğunu bildirib və bu istiqamətdə türk hökuməti ilə danışıqların aparıldığını deyib.
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı