Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

Türkiyə-Suriya arasında divar yenidən hörülür

Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik məqsədilə ucaldılan və bir neçə gün əvvəl inşası dayandırılan divarın hörülməsinə yenidən başlanılıb. Divar Mardin vilayətinin Nusaybin rayonunda İkinci Sərhəd Komandanlığının əsgərləri tərəfindən hörülür.

Divarın ucaldılması yerli sakinlər arasında narazılığa və etiraz aksiyalarına səbəb olmuşdu. 9 gün aclıq aksiyası keçirən Nusaybin bələdiyyə rəisi Ayşə Gökkan isə divarın inşası dayandırılan kimi aksiyanı dayandırmış və xəstəxanaya yerləşdirilmişdi.

İndi divarın hörülməsi işləri bərpa edildiyi üçün yenidən etirazların olacağı ehtimal edildiyindən, inşaat işləri əsgərlərin və çevik polis alayının genişmiqyaslı təhlükəsizlik tədbirləri çərçivəsində aparılır.
CNN Türk/ans
2325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP