Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

“Arif Hacılı özündə cəsarət tapıb cavab versin”

Mətbuatda Müsavat Partiyasında “atəşkəs” elan olunduğu yazılsa da, üzvlər arasında mübahisəyə səbəb olan məsələlər hələ öz həllini tapmayıb.

Məsələ ilə bağlı başqanlığa namizəd olmuş şəxs Səxavət Əlisoy danışıb. O bildirib ki, başqan Arif Hacılı qaldırılan məsələlərə aydınlıq gətirməyənə qədər heç bir “atəşkəs”dən söhbət gedə bilməz:

“Diqqət edirsizsə, Arif Hacılının tərəfdarları normal müzakirələr aparıldığı halda təhqirə belə keçirlər. Çünki onların qoyulan suallar qarşısında heç bir arqumentləri yoxdur. Məhz buna görə də etiraf etməyə də çətinlik çəkirlər. Buna onların cəsarətləri çatmır və tənqiddən təhqirə keçirlər. Onlara cavab yazan intellektual kəsimə aid olan dostlarımıza da məsləhət görmüşəm ki, bu kimi insanlara heç bir reaksiya verməsinlər. Ən yaxşı halda susmaq lazımdır. Çünki onlar artıq “qırmızı xətt” tanımırlar”.

S.Əlisoy bildirib ki, baş verənlər Müsavat Partiyasının ideologiyasına mənfi təsir göstərməkdədir:

“Müsavat Partiyasının ləyaqətlik prinsipi var. Buna riayət olunmursa, onun Müsavat Partiyasının təməl prinsipləri sırasında qalması artıq dəyərdən düşür. Bu proseslərin nə zamana kimi davam edəcəyinə isə Arif Hacılı qərar versin. O verilən suallara dəqiq cavab verməlidir. Arif Hacılı özündə cəsarət hiss edib, popurizmdən kənar fikirlər bildirməlidir. Artıq bəzi şeyləri etiraf etməyin vaxtı çatıb. Əgər belə olarsa, onun tərəfdarları da sakitləşəcək”.

Saxəvət Əlisoyun sözlərinə görə, Qubad İbadoğlu səsləndirdiyi məlum fikirlərinin hər birində tam haqlıdır:

“Qubad bəyin 17-18 yaşı yoxdur ki, nizamnamədən xəbərsiz olsun. Yaxud da o bəzi popuristlər kimi qaldırdığı məsələni ağlının süzgəcindən keçirməmiş danışmır. Qubad İbadoğlu faktlara söykənərək fikrini bildirir. Faktlara isə faktla cavab vermək lazımdır. Faktın üstündə monopoliyasiya etməyə dəyməz. Arqumentləriniz varsa cavab verin, yoxdursa susun”./hafta/
1048 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı