Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam. Hicablı xanım hansı qohumların yanında başı aşıq gəzə bilər. Yəni hansı qohumlar məhrəm sayılır?
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14