Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Millimiz İtaliyaya uduzdu

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunları keçirilib.

Fransadakı final mərhələsinə 53 iddiaçı arasında olan Azərbaycan milli komandası ikinci oyununa səfərdə meydana çıxıb.

Baş məşqçi Berti Foqtsun yetirmələri H qrupunun favoriti hesab edilən İtaliya millisi ilə üz-üzə gəlib. Cari tsikldə ilk səfər sınağı olan komandamız bu görüşdə yenə uduzub – 2:1

Gecənin qəhrəmanı isə Corco Kellini olub. “Yuventus”un müdafiəçisi əvvəlcə matçın 44-cü dəqiqəsində hesabı açıb. Fasiləyə məğlub yollanana komandamız ikinci yarıda hesabı bərabərləşdirib. Yenə Kellini fərqlənib. Bu dəfə futbolçu avtoqola imza atıb. Lakin Corco komandasınına 3 xal qazandırmağı bacarıb.

Beləliklə, Bakıda Bolqarıstana 2:1 hesabı ilə məğlub olan komandamız yenə meydanı başı aşağı tərk edib.

Qeyd edək ki, millimizin 4 qat dünya çempionu “Skuadra Adzurra” ilə qarşılaşması Palermo şəhərinin “Renso Barbera” stadionunda baş tutub.

AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
İtaliya – Azərbaycan - 2:1
QOLLAR: Corco Kellini, 44; 82 - Corco Kellini, 76-avtoqol
1016 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber