Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

ABŞ-da etirazlar qarşıdurma yaratdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Sent Luis və Ferquson şəhərlərində son iki ayda polis tərəfindən ölüdürlən iki qaradərili gəncin xatirəsinə yürüşlər keçirilib.

Sent Luis şəhərində baş tutan aksiyada fəallar təhlükəsizlik qüvvələrini irqçilikdə ittiham edib, onlara qarşı şüarlar səsləndiriblər. Aksiya zamanı bir qrup fəal Amerika bayrağını yandırıb və polisə qarşı zorakı hərəkətlər nümayiş etdirib. Zorakılıq törədən iki nəfər həbs olunub. Məlumata görə, qarşıdurmalar zamanı bir polis əməkdaşı xəsarət alıb.

İki gün öncə Sent Luis şəhərində 18 yaşlı qaradərili gəncin öldürülməsi ştatda gərginliyin yenidən artmasına səbəb olub. Qaradərili vətəndaşlar cinayətin irqi zəmində baş verdiyini iddia etsə də, polis gəncin əlində silah olduğunu məruzə edib./ans/
999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi