Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Türkiyəyə İŞİD sərf edir

İŞİD terror qruplaşmasının Suriya ilə Türkiyə sərhədində yerləşən Kobani şəhərini ələ keçirmək üçün başladığı hücumların səbəbi məlum olub.

Türkiyənin nüfuzlu politoloqlarının fikrincə Kobani İŞİD və kürdlər üçün starteji əhəmiyyət daşıdığından heç bir tərəf bu şəhəri əldən vermək istəmir.

Əgər İŞİD Kobani vasitəsi ilə neft ticarətində əhəmiyyətli oyunçulardan biri olmağı planlaşdırırsa, kürdlər isə bu ərazidən Ceyhana alternativ bölgə yaratmaq niyyətindədir. Məhz bu səbəbdən də İŞİD Kobaniyə etdiyi hücumlarda verdiyi çox saylı itkilərə baxmayaraq nəyin bahasına olursa olsun kürdlərin yaşadığı şəhəri ələ keçirmək istəyir.

Belə ki, İŞİD Kobaninin coğrafi, iqtisadi və geostrateji mövqeyindən istifadə edərək qısa müddət ərzində neft ticarətində bölgədə əsas söz sahiblərindən biri olan dövlət qurmaq niyyətindədir.

İŞİD lap əvvəldən əsas məqsədinin bölgənin enerji mənbələrinə sahib olmaq olduğunu gizlətməyib. Hazırda terror qruplaşmasının Suriyada aylıq 90 milyon dollarlıq neft gəliri var. Əgər İŞİD Kobanini ələ keçirsə, Rakka şəhəri üzərindən qurduğu planların reallaşmasında elə bir çətinliklə üzləşməyəcək. Həmçinin Türkiyə ilə sərhədləri daha da uzanmış olacaq və bölgədə siyasi manevr etmək imkanları artacaq. Eyni niyyəti kürdlər də Kobani üzərindən həyata keçirmək istəyir. Ancaq Türkiyə və yaxın müttəfiqləri üçün İŞİD-in Kobaniyə sahiblənməsi daha məqbul hesab olunur. Çünki Türkiyə ərazisinin bir hissəsində kürd dövləti yaratmaq istəyən PKK təşkilatı Suriyanın bir ölkə olaraq sıradan çıxmasından istifadə edərək Böyük Kürdüstan ideyasını reallaşdırmaq istəyir. Kobani şəhəri İŞİD-in əlinə keçəcəyi təqdirdə bölgədə yaşayan kürdlər arasında quru əlaqə kəsilə bilər. Çünki Kobani şəhəri kürdləri yaşadığı ərazinin tam mərkəzində yerləşir.

Rakka, Deyr əz-Zor və Əl Ömər kimi əhəmiyyətli neft bölgələrini əlində saxlayan İŞİD heç bir təbii sərvəti olmayan Kobanini ələ keçirəcəyi halda Suriya ilə Türkiyə sərhədində 100 kilometrlik ərazi avtomatik olaraq terror qruplaşmasının nəzarətinə keçəcək./axar/
927 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber