Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

İŞİD Tvitterin rəhbərini öldürəcək

Tvitter sosial şəbəkəsinin rəhbərliyi İŞİD terrorçularından təhdid dolu mesajlar aldıqlarını açıqlayıb.

Terrorçuların səhifələrinin mütəmadi olaraq bağlanıldığını deyən rəhbərlik bir müddət öncə qorxulu mesajlar aldıqlarını etiraf edib:

“Onların səhifələri bağlanılır. Amma elektron poçtumuza təhdid dolu mesajlar göndərirlər”.

Dik Kostlo adlı şirkət sözçüsü terrorçuların yalnız Tvitter vasitəsi ilə yazışdıqlarını dilə gətirib:

“Onlar aktiv Tvitter istifadəçiləridir. Terrorizmi dəstəkləyən və hesabları bağlanılan İŞİD üzvləri mənə və Tvitter işçilərinə “Şirkətə hücum edib sizi öldürəcəyik”, - deyərək bizi təhdid edirlər”.

Xatırladaq ki, terrorçular amerikalı jurnalistlərin edam görüntülərini ilk dəfə Tvitterdə paylaşmışdılar.
1217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP