Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Elşad Abdullayevdən Mehdiyevlə Usubova ittiham

Sabiq rektor qardaşı oğlunun həbsini siyasi sifariş sayır

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev qardaşı oğlu Mübariz Abdullayevin həbsinə münasibət bildirib. Mübariz Abdullayev Elşad Abdullayevə hədə-qorxu gələrək pul tələb etməkdə ittiham olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Bu günlərdə isə Şirvan Apelyasiya Məhkəməsində Mübariz Abdullayevin işi üzrə proses başa çatıb və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Elşad Abdullayev “Azadlıq”a göndərdiyi müraciətdə bildirir ki, qardaşı oğlunun həbsi sifarişlə həyata keçirilib: “Mübariz Abdullayevə qarşı irəli sürülən ittihamda göstərilir ki, o məni hədələyib. Amma məni hədələyən qardaşım oğlu yox, Kürdəmir Rayon Polis Idarəsinin rəisi Polad Şıxəliyev və onun müavini Qabil Rzayev olub. Qardaşım oğlu, Qarabağ müharibəsi iştirakçısı Mübariz Abdullayevə qarşı irəli sürülən saxta ittihamın təhlili göstərir ki, prokurorluq və məhkəmə orqanları Azərbaycanda adam oğurluğu ilə məşğul olan dəstə ilə əlbir fəaliyyət göstərir. Mübariz Abdullayevin həbsi bir daha təsdiq edirki bu siyasi sifarişdir.

Qardaşım Mahir Abdullayevin 2003-cü ildə oğurlanması ilə bağlı cinayətin bağlı qalmasında maraqlı olan güc strukturlarınınÿ əməkdaşlarıÿ hadisə baş verdiyi ilk gündənÿ məcburi şəkildə zərərçəkən qismində tanınmış tərəfinÿ kifayət qədər əsaslandırılmış ifadəsinə əhəmiyyətÿ verilməyib. Istintaq-əməliyyat tədbirləri Ramiz Mehdiyev və Ramil Usubov cütlüyünün sifarişilə səhv istiqamətdəÿ aparılıb".
1196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı