Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Sovetski sakinləri qorxu içindədir

Onlara gecəykən buldozerlərin işə salınacağını deyiblər

Bakı şəhəri, Yasamal rayonunun Əlibəy Hüseynzadə küçəsi, dalan 2, ev 2 sakini Nazilə Quliyeva “Azadlıq” vasitəsilə ölkə başçısına müraciət edib. 1-ci qrup əlillik dərəcəsi olan Nazilə xanım 1953-cü ildən həmin ünvanda yaşadığını söyləyib:

“Hazırda sözügedən ünvan sökülən əraziyə aiddir. Bir çoxları kimi mənim də yaşadığım ev az kvadratlılar sırasındadır. 19 kv.m-lik ev üçün mənə veriləcək məbləğlə heç bir mənzil ala bilməyəcəyim üçün heç bir razılıq ərizəsi yazmamışam. Hörmətli Abid Şərifovun açıq-aydın danışığını dinləyəndən sonra rəsmi vəzifədə çalışan şəxsin yalan danışmayacağını düşündüm. Onun dediyinə görə, bizləri razı salmayana kimi heç bir idarə-təşkilatın ailələri pis vəziyyətə salaraq susuz, qazsız qoymağa səlahiyyəti yoxdur. Lakin bizləri insan yerinə qoymadan, hüquqlarımızı tapdayaraq evimizdən didərgin salmağa çalışırlar. Bəyənmədiyimiz sovet dövründə belə yazılmamış qanunlar olmayıb. Dövlət tərəfindən sökülən ərazidə əhalini artıqlamasıyla razı salırdılar, yəni ailə hesabına evlər verilirdi. Mənim müstəqil dövlətim bəs nə edir?! Insanları qul kimi məcburi şəkildə bayıra atır! Budur azad, demokratik dövlət?!

Möhtərəm prezident! Hələ bu qəddarlıqlar azmış kimi, mən evimdə olmadığım zaman boşaldılmış evləri iri buldozerlə dağıtdıqları bəs deyil, həyətimdə yaşayış ola-ola onun qapısını və divarını uçurub söküblər. Hazırda həyətim xarabalığa dönüb. Qonşular səs-küy salsalar da, heç bir nəticəsi olmayıb. Üstəlik, qonşuları söküntü qrupu ələ salaraq söyləyib ki, sizi Basin küçəsində yaşayanlardan da pis günə qoyacağıq, gecə yatarkən buldozer işə düşəcək.

Mən 60 saylı Mənzil Istismar Sahəsinin rəisinə zəng vurub şikayətimi dedim. O, söküntü idarəsinin rəisini günahlandırdı. Nəriman adlı şəxs isə ona Icra Hakimiyyətiylə Mənzil Istismar Sahəsinin rəisinin göstəriş verdiyini söylədi.

Indi bu imkansız ailələr bilmir ki, Abid Şərifov insanların öz ünvanında yaşamasını, onları heç kəsin məcbur köçürməyə ixtiyarı olmadığını nədən bəyan edirdi. Şikayətlərimiz barədə ölçü götürülməyib, çarəsiz qalanlara zibil maşınının sürücüləri deyir ki, onlara da göstəriş verirlər.

Mənim evimdə bir yaşlı körpə uşaq yaşayır. Özüm də 1-ci qrup əlil və xəstəyəm. Bu hərəkətləri hansı kitaba yazaq? Mötəbər vəzifə başında oturanlar bu qədərmi kafirləşib? Axı hər bir günahsız bəndəyə edilən zülmü Allah eşidir. Qorxun Allahdan! “Yediyiniz” kvadratları ört-basdır etməkdən ötrü söküntü yerlərini zibilliyə döndərməyin! Orada heyvanlar deyil, insanlar yaşayır. Məhəlləmiz tökülən zibillərə görə itlərlə, siçanlarla dolub. Onsuz da mənim kimi ailəsi böyük, kvadratı az olanlar verilən məbləğlə heç bir yerə köçə bilməyəcək. Xahiş edirəm, təcili bir ölçü götürün. Bu görünməmiş vəhşiliyin qarşısını alın".
967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30