Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

“Karvan”ı yandırıblar?

YAP-çıya məxsus Ticarət Mərkəzinin ikinci dəfə yanması müxtəlif mülahizələrə səbəb olub

Xəbər verdiyimiz kimi Sumqayıtda fəaliyyət göstərən Karvan Ticarət Mərkəzində növbəti dəfə yanğın baş verib. Hadisə dünən axşam saatlarına təsadüf edib. Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilən məlumata görə, ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev Ilqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub. Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

“Karvan” Sumqayıtın ən iri ticarət mərkəzlərindən biridir. Ticarət mərkəzinin sahibi hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatının Idarə Heyətinin üzvü Ağamirzə Əhədovdur. O, Sumqayıtda “bazarkom Ağamirzə” kimi tanınır. “Karvan” ticarət mərkəzi Ağamirzə Əhədovun “bazarkomu” olduğu “Kolxoz” bazarının ərazisində inşa edilib. Maraqlıdır ki, bir il əvvəl də “Karvan” ticarət mərkəzində yanğın baş vermişdi. Hadisə oktyabrın 19-da Ağamirzə Əhədovun doğum günündən bir gün sonraya təsadüf etmişdi.

Həmin hadisənin ildönümündə ticarət mərkəzində növbəti dəfə yanğın baş verməsi müxtəlif söz-söhbətlərə səbəb olub. Bəziləri bu hadisələri qəsd sayır. Onların fikrincə, ticarət mərkəzi qəsdən yandırılıb. Məqsəd Ağamirzə Əhədovu zərbə altında qoymaqdır./azadlıq/
911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı