Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Əli Kərimli ilə müsahibəyə qadağa

“Meydan TV”nin Lendmarkın həyətində AXCP sədrindən müsahibə almasına imkan verilməyib

Oktyabrın 10-da “Meydan TV” Lendmark-ın həyətində AXCP sədri Əli Kərimlidən müsahibə almaq istəyib. Lakin binanın mühafizəçiləri buna imkan verməyiblər. Bu barədə “Meydan TV”nin əməkdaşı Natiq Cavadlı özünün facebook səhifəsində məlumat paylaşıb.
N.Cavadlı yazır ki, müsahibə üçün AXCP sədrinin köməkçisinə müraciət edib, o da Əli bəyin saat 14:30-da ATƏT-in Bakı ofisində olacağını deyib (ATƏT-in Bakı ofisi Lendmarkın binasında yerləşir).
“Deyilən vaxtda ATƏT-in qarşısında olduq, Əli bəy gəldi, Lemdmark-ın həyətində masaların birində oturub kameraları quraşdırırdıq ki, mühafizəçilər yaxınlaşıb dedi ki, Əli müəllim, burda oturmaq olmaz, rəhbərlik icazə verilmir, bizi başa düşün. Əli Kərimli də cavab verdi ki, elə biz də sizlərin azadlığınız üçün danışmaq istəyirdik. Məcbur olub həyətdən çıxıb binanın külək gəlməyən hissəsində kameranı yenidən quraşdırlb müsahibəyə başladıq. 2-ci sualda 3-4 nəfər yenidən yaxlnlaşıb "burda çəkiliş olmaz" deyərək ərazini tərk etməyimizi istədilər. Əli Kərimli bu dəfə daha sərt cavab verdi: "Bu nə deməkdir, məgər, bu ölkədə dayanmaq və danışmağa da qadağa qoyacaqsınız?". Ancaq nə fayda, adamlar "qanacaqlarını" göstərdilər.
Beləliklə, Lendmark Hotelinin sahibinin kim olduğunu bilmirəm, ancaq Əliyevlərin ölkə vətəndaşlarına XVI əsrin İngiltərəsində yaradılan çəpərləmə siyasətini yaşatdığı göz önümüzdədir”, - deyə jurnalist yazır./azadlıq/
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.17, 09:37
YENƏ DƏ İNTİHAR
29.05.17, 09:21
YENƏ İNTİHAR
29.05.17, 09:08
Təqva qorxmaqdır?
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
26.05.17, 09:53