Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Bu gün Müsavat Məclisi mitinqlə bağlı qərar verəcək

Milli Şuranın 12 oktyabra planlaşdırdığı mitinqlə bağlı Müsavat Partiyasının rəhbərliyi ilə Milli Şuranın sədri Cəmil Həsənli arasında müzakirə aparılıb. Bu barədə “Yeni Müsavat”a daxil olan informasiyada deyilir ki, danışıqlarda Müsavat üzvlərinin də mitinqdə iştirakının məqsədəuyğunluğu qərarına gəlinib.

Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı bildirdi ki, Cəmil Həsənli ilə mitinq barəsində müəyyən söhbətləri olub: “Müsavat Partiyası da bu mitinqə dəvət olunduğunu qəbul edir və Müsavat rəhbərliyi məsələni müzakirə edəcək. Müsavat Məclisinin 11 oktyabrda keçiriləcək Məclisində 12 oktyabr mitinqi ilə bağlı qərar veriləcək. Müsavat Partiyasının Milli Şuranın təyin etdiyi mitinqdə iştirak edib etməyəcəyinə rəsmi şəkildə aydınlıq gələcək”.

Gülağa Aslanlının sözlərinə görə, Müsavat Partiyasının rəhbərliyində bu məsələ müzakirə olunub.
1115 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47