Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub.

Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP