Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

“İŞİD” Kobanin böyük hissəsini ələ keçirib - Foto

“İslam Dövləti” terror təşkilatı Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kubani (Eynul-Ərəb) şəhərinin yarıdan çoxunu ələ keçirib.

İnterAz-ın "Əlcəzirə"yə istinadla verdiyi xəbərə görə, “İslam Dövləti” terror təşkilatı daha çox şəhərin şərq və cənub istiqamətindən irəliləyərək mərkəzə çatıblar. Bundan əlavə onlar şəhər ətrafındakı strateji hündürlükləri də ələ keçirə biliblər.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupunun məlumatına görə, “İslam Dövləti” terror təşkilatı irəliləsə də onlarla ölü və yaralı verib.

Qeyd edək ki, “İslam Dövləti” terror təşkilatı ötən gün Kobaniyə hücumda kamikadze əməliyyatlarından da istifadə edib. Dünən və bu gün müttəfiqlər “İslam Dövləti” terror təşkilatı mövqelərini hədəfə alıblar.



1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP