Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

ABŞ sahillərində 100-lərlə delfin intihar edib

NTV xəbər verir ki, ABŞ-ın şərq sahillərində artıq 750 delfin həlak olub. Bunun səbəbi müxtəlif virusların delfinlərdə pnevmoniya və beyin iltihabı əmələ gətirməsi hesab olunur. Bu barədə ABŞ milli okeanologiya və atmosferin tədqiqatı idarəsinin ekoloqları xəbər yayıb.
Belə hadisələr vaxtaşırı olub, amma bu il fenomen Amerikanın sahilyanı zolağında təqribən on qat artıb. Mütəxəssislərin müşahidəsinə görə 1 iyul - 3 noyabr arası Nyu - York sahillərindən Floridaya qədər 753 delfin həlak olub. Viruslarin yaratdığı xəstəlik nəticəsində onlar özlərini sahilə ataraq intihar edib.
Xatırladaq ki, yayda ABŞ-da delfinlərin kütləvi müəmmalı ölümü çoxlarını çoka saldı. Nyu - York, Nyu - Cersi, Delaver, Merilend, Virciniya ştatlarının çimərliklərində 330 ölü delfin tapılıb. Son 26 ildə bu rekord rəqəm olub. Bu məməlilərin qirğınına ekologiyanın ciddi korlanması da səbəblərdən biri kimi səsləndirilir./AzNews/
2497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...