Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Suriyadan Ərdoğana inanılmaz iddia: Mühakimə olunsun!

Suriya Türkiyə və Səudiyyə Ərəbistanı hökumətinin cəzalandırılmasını tələb edib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri ölkəsinin sabit bir cəmiyyət yaradılmasını istədiyini bildirərək, adıçəkilən ölkələrin hökumət nümayəndələrinin bu yolda əngəl olduğunu açıqlayıb.

Suriyanın SANA xəbər agentliyinin verdiyi məlumata görə, Cəfəri bu dövlətlərin dəstəyi ilə radikal qruplaşmaların hədsiz dərəcədə fəallaşdığını bildirib.

Türkiyə və Səudiyyə Ərəbistanı iqtidarlarının mühakimə olunmasını tələb edən Cəfəri hər iki hökumətin terrorçulara kimyəvi silah yardımı etdiyini iddia edib: “Suriya kimyəvi və kütləvi qırğın silahlarının istifadəsini ən sərt şəkildə qınayır və bu silahların istifadə edilməsi əxlaq xaricində baş verən cinayətdir”.

Kobanidə baş verən hadisələrdə bir nömrəli günahkarın Türkiyə olduğunu deyən Cəfəri bunu Suriya xalqına qarşı törədilən qətliam kimi xarakterizə edib./axar/
1120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44