Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Mitinq təşkilatçıları siyasi məhbus ailələrinə müraciət etdi

Aksiyada partiya bayraqları qaldırılmayacaq

Milli Şuranın 12 oktyabr mitinqinə bir gün qaldı. Artıq mitinqlə bağlı işlər yekunlaşmaq üzrədir. Sosial şəbəkələrdə isə mitinq təbliğatı davam edir və insanların bu mitinqə böyük həvəs göstərdiyi hiss edilir.
Mitinqə hazırlıqla bağlı son vəziyyəti öyrənmək üçün təşkilatçılardan biri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikirlərini öyrəndik. Aksiyanın əsas şüarının siyasi məhbuslara azadlıq olduğunu xatırladan Qəhrəmanlı siyasi məhbus ailələrini və yaxınlarını aksiyada fəal iştiraka çağırdı. O bildirdi ki, hər bir siyasi məhbusun ailə üzvləri, yaxınları, tərəfdar və dostları, məsləkdaşları onun şəkilləri və ona aid şüarlarla mitinqdə iştiraka hazırlaşmalıdırlar: “ Təşkilatçılar siyasi məhbusların şəkillərindən ibarət yalnız bir ümumi plakat hazırlatdıracaq. Onların ayrı-ayrılıqda şəkillərinin qaldırılmasını isə yaxınlarından və onları dəstəkləyənlərdən gözləyirik. Eyni zamanda bildirmək istəyirəm ki, mitinqin əsas ağırlığını AXCP üzərinə götürsə də, partiya bayraqları qaldırılmayacaq. Bu siyasi məhbuslara həsr olunmuş bir mitinqdir və yalnız milli bayraqlar qalıdırılacaq. Mitinqlə bağlı işlər yekunlaşmaq üzrədir və ümid edirik ki, vətəndaşlar fəal şəkildə mitinqdə iştirak edəcək, ölkənin taleyinə biganə qalmayacaqlar. Bir daha mitinq iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, mitinqə siyasi məhbusların plakatları ilə gəlsinlər”./azadlıq/
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı