Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

Bağdadda terror - 50 ölü, 100 yaralı

Bağdadda törədilmiş silsilə partlayışlar nəticəsində azı 50 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Bağdadın şimalında terrorçu-kamikadze partlayıcı qurğunu işə salıb, nəticədə 14 nəfər ölüb, 27 nəfər yaralanıb. Bundan bir qədər sonra şəhərin müxtəlif rayonlarında avtomobillərin partladılması nəticəsində azı 30 nəfər ölüb.

Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib. Terror aktlarının “İŞİD” üzvləri tərəfindən törədildiyi ehtimal olunur.

Bundan əvvəl Bağdadda törədilmiş 3 partlayış nəticəsində 30 nəfərin öldüyü bildirilmişdi.
920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber