Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

Boliviya prezidenti Evo Moralesə qarşı təxribat

Naməlum haker qrupu Boliviya televiziyasını rəsmi “Twitter” səhifəsini sındıraraq, ölkə prezidentinin ölməsi barədə xəbər yazıblar.

Hakerlər tvitlərində, “Çili müharibəyə başladı. Seçki ləğv edildi. Ölkənin prezidenti isə hadisələrdən birində öldü” – deyə qeyd ediblər.

Baş verən xoşagəlməz hadisədən sonra ölkənin rabitə naziri Amanda Davila xəbəri təkzib edib və prezidentin səhhətinin yaxşı olduğunu bildirib.

Daha sonra Morales özü də dövlət televiziyasına sağlığı haqqında məlumat verib: “Mən yaşayıram, həyatdayam. Seçkidə yenidən zəfər qazanmaqla, demokratiyanın inşasına davam edəcəyik.”

Qeyd edək ki, bu gün Boliviyada prezident seçkisi keçiriləcək. Səsvermədə 6 milyon nəfərin iştirakı gözlənilir.
1017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24