Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

Abdullah Gülün 55 cangüdəni, 45 işçisi və 18 avtomobili var

Türkiyənin eks prezidenti Abdullah Gül 55 cangüdəni və 45 personalı xidmətə götürüb.

Bundan əlavə Gülün 18 avtomobilinin də oluğum bildirilir.

Qeyd edək ki, Türkiyədə keçmiş prezidentlərin qanuni olaraq Çankaya Köşkündən (prezident iqamətgahı) ayrılarkən personal və avtomobil almaq hüququ var.

Lakin özündən əvvəlki Türkiyə prezidentlərinə baxsaq, bu mənada Gülün bir rekorda imza atdığı göz önündədir. Məsələn, Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezərin iqamətgahına aid 2 avtomobili və 16 personalı olduğu məlumdur. 7-ci prezident Kənan Evrən isə 5 maşın və 9 xidmət personalı ilə kifayətlənib. Prezident Süleyman Dəmirəl isə təqaüdçü olarkən 6 işçi personal xidmətə götürmüşdü.

Prezident qaynaqlarından Gül cütlüyünün hələ də Tarabyadaki Prezident iqamətgahında qaldığı və lazım gələrsə, personal sayının daha sonra azaldılıb əvəz edilə biləcəyini bildiriblər.

Qeyd edək ki, Gülün yanına götürdüyü işçilərin maaşları da dövlət tərəfindən ödənəcək./ans/
895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21