Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

Çin Rusiyanı bir daha dəstəklədiyini elan etdi

Rusiya Baş nazirinin müavini Dmitri Roqozinlə görüşən Çin prezidentinin köməkçisi Vang Yanq Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların düzgün olmadığını bildirib.

Sanksiyaları "səhv addım" adlandıran Çin rəsmisi Rusiyanın bu çətinliklərin öhdəsindən gələcəyinə inandığını deyib:

“Bu sanksiyalar səhv addımdır və Avropa üçün yaxşı nəticələnməyəcək. Qeyri-sabitlik cəhdlərinə baxmayaraq, Rusiya xalqının bu çətinliklərin öhdəsindən gələcəyinə inanırıq”.

Rusiyaya qarşı sanksiyaların həm də Çinə qarşı yönəldiyini deyən Pekin rəsmisi Rusiya ilə əməkdaşlığın genişləndiriləcəyini bildirib./axar/
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber