Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

Avropa Məhkəməsi Leyla və Arif Yunusun işinə növbədənkənar baxacaq

Avropa Insan Haqları Məhkəməsi Leyla və Arif Yunusların işinə prioritet qaydada baxılmasına qərar verib. Bu barədə jurnalist Xədicə İsmayıl məlumat yayıb. Xəbəri “Azadlıq.info”ya təsdiqləyən Leyla Yunusun vəkili Xalid Bağırov bildirib ki, artıq Avropa Məhkəməsi Leyla və Arif Yunusların işinə baxmağa başlayıb. Belə ki, Avropa İnsan Haqları Konvensiyasının 39 maddəsinin tələblərinə əsasən, sağlamlığı ilə bağlı problemi olan şəxslərin işinə prioritet qaydada, yəni növbədənkənar baxılır: «Biz onların həbsi ilə bağlı çıxarılan qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət vermişdik. Oradan məktub gəlib. Qərara alıblar ki, bu işə prioritet qaydada baxsınlar. Yəni daha operativ baxılacaq bu işə. Məktubda həmçinin qeyd olunur ki, Azərbaycan hakimiyyəti ayda bir dəfə Leyla və Arif Yunusların səhhəti ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə məlumat verməlidir».
Məlum olduğu kimi, Leyla və Arif Yunusun sağlamlığında ciddi problem var.
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP