Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2013

Səudiyyə Ərəbistanında miqrant üsyanı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda miqrantlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 68 adam yaralanıb.

Miqrantlar gecə saatlarında Ər-Riyadın cənubundakı Hayy Manfuha məhəlləsində barrikada qurublar. Aksiya səhərə qədər davam edib. Hadisə yerinin yaxınlığında ofislərə və maşınlara ziyan dəyib.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra toqquşmalar böyüyüb və 561 nəfər həbs edilib.

Daş və bıçaqlardan da istifadə olunduğu iddia edilən hadisələr zamanı 2 nəfər ölüb, 68 adam yaralanıb. Ölənlərdən biri Səudiyyə Ərəbistanı vətəndaşıdır.

Ərəb mediası hadisənin səbəbi kimi Efiopiyadan olan miqrantların deportasiyasını göstərir. İddialara görə, əməliyyatlar zamanı bir miqrant öldürülüb.
2083 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...