Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
 Dua edərkən duanın qəbulu məlum olur, bəs tövbə edərkən necə bilmək olar tövbənin qəbulu?

Cavab:

Bismillahir-rəhmanir-rəhim.

Yolu səhv salmış sürücü əvvəlcə geri qayıtmalı, sonra yoluna davam etməlidir. Amma səhv yolu davam edərək yalnız dildə “səhv etmişəm” desə heç vaxt mənzilə çata bilməz. Tövbə səhv yoldan qayıtmaqdır. Getdiyi səhv yolu geri qayıdanı Allah sevir və onun tövbəsini qəbul edir. Zürarə İmam Baqir (ə)-dən rəvayət edib ki, buyurdu: Bütün bəndələrin qəlbində ağ bir nöqtə var. Günah etdikdə, qara bir nöqtə onda tapılır. Sonra əgər tövbə etsə, o qara nöqtə aradan gedər. Əgər günah etməyə davam etsə, o qara nöqtə böyüyər. Belə ki, ağ nöqtəni örtər. Ağ nöqtə bütövlüklə qara ləkə ilə örtüldükdən sonra, o şəxs heç vaxt yaxşılığa doğru qayıtmaz. Allah-taalanın tövbə qapısı həqiqi tövbə edənlər üçün həmişə açıqdır. insan gərək bütün günahlardan və hər gün tövbə etsin.

Həqiqi tövbə edən insan tövbəsinin qəbul olmasını duyur, çünki tövbədən sonra qəlbinə rahatlıq, yüngüllük və sevinc gəlir sanki itirdiyin tapıb və qəflətdən oyanır. İnsan öz etdiyi tövbəsi ilə qəbul olub olmamasını dərk edə bilər. Əgər həqiqətən etdiyi günahdan peşimandırsa və səmimi qəlbdən Allaha tərəf dönürsə yəqin bilməlidir ki, tövbəsi qəbuldur.
Allah sizə yar olsun.

999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber