Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

Qapılara “ələvilərə ölüm” yazdılar: İstanbulda terror həyəcanı - Foto

Türkiyə həyəcan içindədir. Ölkənin Tunceli şəhərində vahimə hökm sürür. Tuncelinin Çəkməkənd Sarıqazi məhəlləsində yaşayan ələvilərin evlərinə “Ələvilərə ölüm, yaşasın İŞİD” şüarı yazılıb.

Bu məsələdən narahat olan Xalq Partiyasının millət vəkili Hüseyn Aygün ələviləri təhdid edən şüarların evlərə vurulması haqda medianı xəbərdar edib. 

“Üç gündən çoxdur bu bölgədə evlərin qapılarına “ələvilərə ölüm”, “kürdlərə ölüm”, “yaşasın İŞİD” şüarları yazılır. Bunu görən şahidlər var və araşdırma başlanıb. Hələlik saxlanılan yoxdur. Ancaq insanlarımıza yönəlik hər hansı hücum təşkil edən İŞİD-i bəsləyən, onu bu günə gətirib çıxaran AKP iqtidarı cavab verəcək”, - deyə H.Aygün vurğulayıb./axar/

1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
11.12.17, 17:30
Avroliqada püşk atıldı
11.12.17, 15:48