Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

“Türkiyə bölgədə Yeni Osmanlı qurur”

Bəşər Əsəd devriləcəyi təqdirdə İsrailin təhlükəsizliyi qalmayacaq.

Bu sözlərlə İranının xarici işlər nazirinin müavini Hüseyn Abdullahiyan çıxış edib.

“Əgər İŞİD əleyhinə birləşən koalisiya gücləri Suriyadakı rəhbərliyi və rejimi İŞİD vasitəsilə yıxmaq istəsələr, bunun nəticəsində hətta İsrailin də təhlükəsizliyi qalmayacaq", - nazir müavini deyib.

Türkiyənin Suriya məsələsindəki mövqeyinə toxunan Abdullahiyan bildirib ki, Əsədin devrilib və ya devrilməməsinə Suriya xalqı qərar verməlidir:

“Dostumuz Türkiyə ilə aramızda Suriya məsələsində ortaq məxrəcə gəlib anlaşa bilməsək də, onları da, amerikalıları da xəbərdar etmişdim ki, Əsədin devrilib və ya qalmasına Suriya xalqı özü qərar verməlidir”.

H. Abdullahiyan əlavə edib ki, Əsədin ömürlük prezident olması məsələsində israrlı deyillər:

“Lakin terrorçuların həqiqi müttəfiqlərimizdən birini müqavimət cəbhəsindən devirməsinə imkan verməyəcəyik”.

Onun sözlərinə görə, Türkiyə bölgədə Yeni Osmanlı yaratmaq istəyir:

“Türkiyə bölgədə Yeni Osmanlı qurmaq sevdasındadır. Biz onları və digər ölkələri Suriyaya girəcəkləri təqdirdə ciddi problemlərlə qarşılaşacaqları baxımından xəbərdar etmişik. Biz müttəfiqlərimizi müdafiə etmək üçün lazım olan hər şeyi etməyə hazırıq. Ancaq bilin ki, bölgədə elə qruplar var ki, bizim bu işlərin içinə girməyimizə belə ehtiyac qalmayacaq”./axar/
892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27