Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

Leyla Yunus onu müayinə edənlərdən şübhələnir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həbsxanadan mediaya məktub göndərib. L.Yunus tibbi müayinəsinin qərəzli olduğunu yazır. Oktyabrın 10-da Kürdəxanı təcridxanasının tibb mərkəzinə aparıldığını yazan L.Yunus onu müayinə edən “10-12 nəfər hündürboy, cantaraq kişinin” həkimə oxşamadıqlarını iddia edir: “Oktyabrın 10-da, saat 12.00 radələrində məni Kürdəxanı İstintaq Təcridxanasının tibb mərkəzinə gətirdilər və çoxlu adamların toplaşdığı bir otağa saldılar. 23 sentyabrda mənim mayior Yaqubov tərəfindən döyülməyimlə bağlı sentyabrın 26-da məhkəmə tibb eksperti ilə birlikdə məni dindirən Sabunçu rayon prokurorluğunun müstəntiqi Ceyhun Hümbətov da orada mənə yaxınlaşdı. Həmin məhkəmə tibb eksperti də 10-15 iri cüssəli kişi ilə birlikdə həmin otaqda idi.

Çeyhun Hümbətov bildirdi ki, bu kişilər məhkəmə tibb ekspertləridir və onlar məni müayinə edib tibbi rəy hazırlamalıdırlar. Bu adamların heç biri özünü təqdim etmədi və hansı sahə üzrə mütəxəssis olduğunu söyləmədi.

İlk növbədə, məni, daha çox ağırçəkili boksyora bənzəyən oftalmoloq aparata dəvət etdi. (Mənim hər iki gözümdə cərrahiyyə əməliyyatı edilib). Cəmi bir neçə dəqiqədən sonra mən bu oftalmoloqun ironiyalə səsini dinləməli oldum. Onun dediyindən belə çıxdı ki, mənim gözlərimlə bağlı hər şey əladır və sapsağlamdır. Dərhal anladım ki, bu qrupun məqsədi mənim bir kosmonavt kimi hətta kosmik uçuşlar üçün belə yararlı səhhətim olduğu haqqında ,,tibbi arayış,, tərtib etməkdir. Oftalmoloqdan sonra sırada gələn nevropatoloqun verdiyi rəy məni buna tamamilə inandırdı.

Bu zaman mən uca səslə onlara bildidim ki, mənim üçün hansı rəyi hazırlamaq istədiklərini yaxşı başa düşürəm. Mən bildirdim ki, ölkədə, onsuz da, müstəqil ekspertlər yoxdur, üstəlik bunlar hətta paqon daşıyırlar. Bildirdim ki, mənim vəkilim prokurorluğa müstəqil tibbi ekspertlərin məni müayinə etməsi haqqında müraciət edib. Və biz bu müraciətə rəsmi imtina cavabı almışıq. Dedim ki, bu qədər böyük kişilərin burada tamaşa düzəltməsi, sadəcə olaraq, ayıbdır. Onlar isə gülməyə və mənə istehza etməyə başladılar. Oftalmoloq isə hətta bildirdi ki, məndən məhkəməyə şikayət edəcək. Bu qədər adamdan yalnız ikisi bir kənarda başlarını aşağı dikərək dayanmışdılar. Bu kişilərdən biri sadəcə, həmin gün səhər saat 9.30-da götürülmüş sidiyin analizinin cavabı olaraq ,,sənəd,, təqdim etdi ki, hər şey qaydasındadır və normadan kənar heç nə yoxdur. Oradakılardan nevropatoloq və psixiatr mənə qarşı xüsusilə aqressiv davranırdılar.

Dözə bilmədim, isterikaya düşərək ağlamağa başladım. Burada dayanan həkimlərdənheç biri (!) mənə nə sakitləşdirici bir həb, nə valerian, nə də hətta adicə su təklif etmədi. Onlar özlərinin müstəqil olduqlarını bağırmaqda davam edirdilər.

Birdən mən xatırladım ki, bu həkimlərin davranışı eynilə məni istintaq edən prokurorluq müstəntiqlərinin davranışları ilə eynidir. Prokurorlar da mənim günahsılzlığıma istehza edir, məni casusluqda ittiham edirdilər. Bu həkimlər də mənim ağrılarıma və xəstəliklərinə istehza edirdilər.

Mən sakitləşdim və bu həkimlərə Penitensiar Xidmətin müəssisələrində ölənlərin adlarını sadalayaraq onlara bildirdim ki, məhz bu adamlar işgəncə faktlarını gizlədərək tibbi ekspertizanın nəticələrini saxtalaşdırıblar. Bundan sonra onlar təkrarən səs-səsə verib bağırışmağa başladılar. Mən onları tərk etdim və onlar çıxıb getdilər.

Təcridxanaya gətirildiyim gündən məni müşahidə edən həkimin belə münasibəti dəyişib. Günortadan sonra, o mənə dərman verəndə mənim gödəkçəyə və qalın şala büründüyümü görüb istehza ilə ,,Yunusova, hələ də donursuz, xəstələnirsiz...,, söyləyir.

Mən siyasi sifarişlərlə insanları məhv edən prokurorları, müstəntiqləri görmüşdüm, indi isə bu cür sifarişləri icra edən həkimləri də görürəm"./azadlıq/
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.