Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2014

Azərbaycanda motosiklet quyuya uçdu: ölən var

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Kəpəz rayonunda motosikletlə hərəkətdə olan 1 nəfərin su quyusuna düşməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Əfqan Əli oğlu Qurbanov hərəkətdə olarkən, idarəetməni itirib və motosikletlə birlikdə su quyusuna düşüb. Quyuya baxış keçirilərkən aydın olub ki, vətəndaş qəza zamanı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxarılaq aidiyyəti üzrə təhvil veriblər.
1255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP