Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2014

Azərbaycanda zəvvarlarla dolu avtobus dəhşətli qəzaya düşdü

Azərbaycanda zəvvarlarla dolu avtobus dəhşətli qəzaya düşdü: 3 ölü, 10 yaralı

Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək aşıb

Biləsuvar rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Mahmudçala adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Azərbaycandan olan zəvvarları İran İslam Respublikasının Məşhəd şəhərinə aparan sərnişin avtobusu qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sərnişinlərdən 3 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Daha 9 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 7-nə müvafiq ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Ölən və yaralanan sərnişinlərin şəxsiyyəti dəqiqləşdirilir. İlkin versiya kimi hadisənin sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq./apa/
1141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı