Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2014

Türkiyədə hərbi helikopter qəzaya uğradı: 4 nəfər həlak oldu

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Doğan Xəbər Agentliyinin verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada radardan itən helikopterin Dəniz Qüvvələrinin Dəniz Hava Komandanlığına aid olduğu bildirilib.

Konyaya təlim məqsədilə gedən helikopterlə havaya qalxandan 7 dəqiqə sonra əlaqə kəsilib.

Xilasedicilər helikopterin qalıqlarını dağlıq və meşəlik ərazidə tapıblar.

Helikopterdəki 4 heyət üzvünün hamısının həlak olduğu bəlli olub. "Habertürk"ün xəbərin görə, onların cəsədləri də artıq tapılıb.
1048 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10