Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2014

“Quru qoşunlarının ölkəyə yardıma göndərilməsini xahiş etməmişik”

İraq XİN başçısı: “ İraq heç vaxt digər ölkələrdən quru qoşunlarının ölkəyə yardıma göndərilməsini xahiş etməyib”

“İraq heç vaxt digər dövlətlərdən quru qoşunlarının ölkəyə yardıma göndərilməsini xahiş etməyib və burada xarici hərbi qüvvələrin fəaliyyəti, hərbi bazaların yaradılmasının əleyhinə olub”.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, bunu İraqın Xarici İşlər Naziri İbrahim Cəfəri “RT” kanalına müsahibəsində deyib.

" İraqa qoşun göndərilməsi məsələsi bir neçə dəfə müzakirə edilib və biz çox səmimi və aydın şəkildə bildirmişik ki, bu İraq əhalisi arasında haqlı narahatlığa və qorxuya səbəb ola bilər “, deyə Cəfəri Bildirib. İraqlı diplomat ölkəsinin artıq öz güclü ordusunu formalaşdırdığını qeyd edib. İraqlı nazir ölkəsinin yeni hərbi silahlara və humanitar yardıma ehtiyacı olduğunu da deyib.
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...