Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

ABŞ-da iğtişaşlar: 48 nəfər həbs edildi

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polislə etirazçılar arasında baş verən iğtişaşlar nəticəsində 48 nəfər saxlanılıb.

İTAR-TASS-ın verdiyi xəbərə görə, nümayişdə 6 min adam iştirak edib.

41 nəfər ictimai asayişi pozduğuna görə, 6 nəfər yolu bağlayaraq polisin tələbinə tabe olmadığına görə saxlanılıb. Daha bir etirazçı yaxınlıqdakı Sent-Luis şəhərində həbs olunub.

Xatırladaq ki, avqustun 9-da qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirilib. Bundan sonra Ferqyson şəhərini etiraz aksiyaları bürüyüb, polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Bir neçə etirazçı polislə toqquşmalarda xəsarət alıb. Sentyabrın 25-də baş verən iğtişaşlarda ən azı 5 nəfər həbs edilmiş, 2 polis əməkdaşı xəsarət almışdı.
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...