Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Kataloniya müstəqillik referendumunu ləğv edir

Kataloniyanın lideri Artur Mas noyabrın 9-a planlaşdırılan müstəqillik referendumunun keçirilməsini ləğv etmək qərarına gəlib.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə “El País” qəzeti yazıb.

Onun sözlərinə görə, səsvermə hüquqi zəmanətin olmadığı səbəbindən baş tuta bilməz. Bununla belə, Mas kataloniyalılara regionun siyasi gələcəyini əks etdirən digər üsulları seçməyə təklif edib.

Kataloniya rəhbərinin mətbuat katibi bildirib ki, oktyabrın 14-də Artur Mas mətbuat konfransı keçirərək referendum ilə bağlı vəziyyətə aydınlıq gətirəcək.
940 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10