Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Sumqayıtda yasda yemək verməyə görə rüşvət istənilir

Eldar Əzizovun bu iş üçün müavinlərindən birini ayırdığı və onun 600 manat tələb etdiyi iddia olunur

Bir müddət əvvəl hökumət Azərbaycanda xeyir və şər məclislərində israfçılığı əsas gətirərək bəzi addımlar atmaq qərarına gəlmişdi. Xüsusən də yas məclislərində ehsan süfrələrinin açılmasını önləmək üçün yerli İcra Hakimiyyətlərinə tövsiyyələr və tapşırıqlar verilmişdi.

Qeyd edək ki, bu tapşırıqdan sonra bir sıra icra başçıları hədləri aşaraq, yas məclislərinə basqınlar təşkil etdirir, ehsan süfrələrinin açılmasına əngəl olurdular. Onlar məclisə gələnlərə yalnız çay, xurma və halva verilməsini tövsiyyə etmək əvəzinə, bunun zorla təqdim edilməsini tələb edirdilər.

Bildirək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu təşübbüsünü artıq qazanc mənbəyinə çevirənlər də tapılıb. Jurnalist Elçin Həsənov Facebookda məlumat yayıb ki, Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərdə yas məclisində yemək vermək istəyən hüzür sahiblərindən 600 manat rüşvət istəyir. Onun iddiasına görə, belə hallar artıq Sumqayıtda adi hala çevrilməyə başlayıb. «Keçən həftə Sumqayıtda yası düşən bir tanışım danışır ki, yaxın adamlarının il məclisini keçirirmişlər. Tanışım daşınır ki, ona yaşadığı ərazinin MİS sədri gizlicə deyib ki, əgər yasda yemək-içmək vermək istəyirsə, bunun üçün İcra Hakimiyyətində bu işə baxan müavini «görmək» lazımdır. Həyətdəki xeyir-şər evində yemək-içmək verməyə icazə almaq üçün İcra Hakimiyyətində ondan 600 manat istəyiblər. Onların sözlərinə görə, bunun 300 manatı müavinə, 300 manatı isə icra başhçısı Eldar Əzizova çatacaq. Amma həmin şəxs bundan imtina edib»./jam/
936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı