Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Masallıda etiraz aksiyası keçirildi - Fotolar

İsgəndərli qəsəbəsinin sakinləri İcra Hakimiyyətinə bərbad yolların düzəldilməsinə iki gün vaxt verdi, yeni aksiya keçirilə bilər "Mer" Kamal Mazanov: “Gedin kimə istəyirsiz, şikayət edin, biz beləyik”

Bu gün Masallı rayon, İskəndərli əhalisi etiraz aksiyası keçiriblər. Oktyabrın 13-də Masallı rayonu, İskəndərli ərazisinin sakinləri İ.Zülalov adına orta məktəbin qarşısında etiraz aksiyası keçirdilər. Sözügedən ərazinin təxminən 70-ə yaxın sakinlərinin aksiya keçirməsinə məqsəd kanalizasiya və evlərə çəkilən su qovşaqlarından sonra yolların bərbad halda olmasıdır.

Narazı sakinlərin söylədikləri: "Dərdimizi kimə deyək? Bu işgəncə nə vaxtadək davam edəcək? Bu gün İskəndərlinin mərkəzi yolu istisna olmaqla heç bir küçəsində faktiki olaraq asfalt örtüyü yoxdur. Yağmurlu günlərdə göllənən yollar keçilməz olur, quraq vaxtlarda da toz dumanı ərşə qalxır.
Övladlarımız məktəbə gedib gələ bilmir. Evin önündən məktəbə qədər övladlarımız palçıq içində məktəbə gedirlər.Hər gün aldığımız geyimlər evə gələrkən palçıq olur.Ayda bir neçə dəfə ayaqqabı almaq məcburiyyətindəyik.Hər dəfə söz verirlər iki maşın çınqıl tökürlər vəssalam.Əgər yaxın günlərdə tələbimiz yerinə yetirilməsə prezident İlham Əliyevə müraciət edəcəyik."

Bir qədər keçməmiş kanalizasiya və su qovşaqlarına rəhbərlik edən şəxslər həmən əraziyə gəlib. Əvvəl onların içindən Xudayar Həsənov adlı numayəndə birinci oraya yığışan əhaliyə hədə-qorxu da gəlib. Yerli sakinlər etirazını bildirən zaman X. Həsənov onlara cavabında bildirir ki, "gedin prezidentə yazmırsız kimə yazırsız yazın. Təkcə siz deyilsiz, hər yer belədir."

Həsənovun bu sözləri əhali arasında etiraza səbəb olub. Narazı sakinlər bildirirlər ki, siz yəni o qədər də özünüzə güvənirsiz ki, prezidentə edilən müraciəti də saymırsız, prezidenti heç kim hesab edirsiz? Arada olan mübahisəni görən icra başçısının müavini Seymur Nuriyev sakinləri sakitləşdirərək bildirir ki, "narahat olmayın təkcə bu ərazi deyil rayonun Digah, Seybətin, Dadva və yeni salınan adsız yaşayış yerlərinin küçələridə belədir. Bizdə bu siyahı var."

Sonra narazı sakinlərdən iki ağsaqqal və əraziyə gələn X.Həsənov və icra başçısının müavini S.Nuriyev İskəndərlinin bərbad yolları ilə bir daha tanış olduqdan sonra qərara gəliblər ki, yaxın zamanda bu yollar düzəldiləcək.

Narazı əhali də bildirib ki, əgər iki gün ərzində yollar düzəldilməsə, yenidən toplaşaraq etiraz aksiyasıkeçirəcəklər. 

Bir qədər keçməmiş əraziyə Masallının "meri" Kamal Mazanov gəlir. Sakinlər K.Mazanova da öz etirazlarını bildirirlər. O da öz növbəsində bildirib ki, araşdırıb həll edəcəklər.

Qeyd edək ki, Cenubnews.com-un əməkdaşı çəkiliş aparan zaman Xudayar Həsənov onu təhqir edərək, «Sən kimsən çəkirsən? Səni vuraram, yığışdır” deyib. 

Eyni zamanda Masallının meri Kamal Mazanov da saytın əməkdaşını tənqid edərək bildirib ki, “Sən kimsən məni çəkirsən, məndən icazə almısan məni çəkirsən?” Yerli sakinlər bu sözlərə də etiraz edərək bildiriblər ki, jurnalistika azaddır, onlar kimsədən icazə almırlar. “Əhalinin etirazını işıqlandırmalıdırlar ki, səsimizi eşidən olsun”./Cenubnews /














959 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber