Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Kim Çen In üzə çıxdı

Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In 40 gün sonra ilk dəfə ictimaiyyətə görünüb.

Bu barədə Şimali Koreyanın CTAK agentliyi xəbər yayıb.

Şimali Koreya lideri elm adamları üçün rayonda “peyk” adını daşıyan tikintidə gedən işlərlə tanış olub, göstərişlər verib.

KXDR başçısının nəyə görə bu qədər gec üzə çıxdığı barədə məlumat verilmir. Şimali Koreyanın dövlət nəşri “Rodong Sinmun” isə tikilməkdə olan binalara baş çəkən Kim Çen Inın şəkillərini çap edib.

Şəkillərdə açıq şəkildə Kim Çen Inın qara əsa ilə gəzdiyi göstərilir.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen Inın uzun müddət ictimaiyyət arasında görünməməsi diqqət çəkib. Onun səhhətində ciddi problemlər olduğu və ya siyasi böhran yaşadığı deyilir. Hətta öldüyü və ya devrildiyi barədə də şaiyələr yayılmışdı.
996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP