Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Cəmil Həsənli 12 oktyabr mitinqinə qiymət verdi

«Milli Şuranın mitinqi siyasi məhbusların müdafiə olunması baxımından mühüm aksiya oldu»

Milli Şura oktyabrın 12-də “siyasi məhbuslara azadlıq” şüarı altında izdihamlı aksiyaya imza atdı. Cəmiyyətin ən ümdə problemlərindən birini qabardan Milli Şura ölkənin sanksiyalar astanasında olduğunu gündəmə gətirdi. Bəs Milli Şuranın aksiyaları silsilə xarakter daşıya bilərmi? Demokratik düşərgənin toplumun digər problemləri ilə də bağlı aksiyalar təyin etməsi planda varmı?

Mitinqin kifayət qədər coşqulu alındığını deyən Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, aksiya vətəndaşlarımızın siyasi məhbuslara dəstəyinin ifadəsi idi: “Aksiyada siyasi mənsubiyyətindən, kimliyindən asılı olmayaraq bütün siyasi məhbuslar müdafiə olunurdu. Mənə elə gəlir ki, siyasi məhbusların müdafiə olunması baxımından Milli Şuranın təşkil etdiyi bu mitinq onların azad olunması istiqamətində mühüm aksiya oldu”.

Milli Şuranın gələcəkdə cəmiyyəti narahat edən problemlərlə bağlı aksiya keçirməsinə gəlincə, C.Həsənli vurğuladı ki, Milli Şuranın toplumda qarşılaşdığımız məsələlərlə bağlı mitinqləri və etirazın müxtəlif formaları olacaq./azadlıq/
1005 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...