Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

“Hər ekzotik səs çıxarana görə karvan yoldan çıxsaydı...”

Eldəniz Quliyev: “Hər ekzotik səs çıxarana görə karvan yoldan çıxsaydı...”

Xəbər verdiyimiz kimi, Milli Şuranın “Məhsul” stadionunda keçirilən aksiyasına qatılanlar deputat Etibar Hüseynov tərəfindən təhqir olunub. E. Hüseynov srağagün “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən “Məhsul” stadionunda mitinq keçirən Milli Şuranı məsxərəyə qoyan bir status paylaşaraq, qoyun şəkillərinin altında “Məhsul stadionuna getməyi unutma” yazıb. Dünən isə E. Hüseynov həmin statusu pozub.

Amma statusun paylaşıldığı ilk gün bu məsələ ciddi etiraza səbəb oldu. YAP-çı deputat Aydın Mirzəzadə həmkarı E. Hüseynovun azərbaycanlıları təhqir etməsinə münasibət bildirib. A.Mirzəzadə facebook səhifəsində yazıb ki, E.Hüseynovun sözlərinə etiraz edir: “Kimin hansı siyasi əqidədə olmasından asılı olmayaraq, onun şəxsiyyətinə toxunmaq, onu aşağılamaq olmaz. Mən mitinqçilərin fikri və şüarları ilə razı deyiləm və həmişə onlarla siyasi polemikada olacağam. Ancaq Azərbaycan hüquqi, demokratik ölkədir və hər kəsin sərbəst düşünmə və qanunla qadağan edilməyən siyasi mövqe tutmaq hüququ var. Dövlətimiz bu hüquqların təminatçısıdır, məhz belə aksiyada hər kəsin həm hüququ qorunur, həm də hər bir iddialı siyasi qüvvənin gücü görünür”.

“Onun kimi mənasız bir adamın statusuna fikir bildirmək həvəsimiz yoxdur”

Bu statusa isə cavab gecikməyib. E.Hüseynov YAP funksioneri A. Mirzəzadəyə xəbərdarlıq edib: “Artıq neçənci dəfədir ki, jurnalistlər arasında ”HƏRŞEYŞÜNAS" kimi tanınan Aydın Mirzəzadə mənim çıxışlarımı şərh edir, ağıl verir, yol göstərir. Bu adam hələ də anlamır ki, Etibar Hüseynov YAP üzvü deyil, müstəqil deputatdır və onun da öz fikrini müstəqil şəkildə ifadə etmək hüququ var. Elə isə bu adamın hansı haqla mənə təkidlə ağıl verməyə cürət etməsini anlaya bilmirəm. İndiyə qədər bir dəfə də olsun Aydın Mirzəzadənin hansısa YAP üzvünün barəsində bir tənqidi çıxışının və ya iradının şahidi olmamişam. Baxmayaraq ki, YAP üzvləri arasında da müxalifət düşərgəsini məndən də sərt şəkildə tənqid edənlər var.
Əksinə, bu adam əksər hallarda bir çox vəzifə sahiblərinin, deputatların nəinki özlərini, hətta onların ərköyün, dəymədüşər balalarının bir çox xoşagəlməz əməllərini belə riyakar və yaltaqcasına müdafiə eləyib. Ona görə də dərinə getmək istəmirəm. Sadəcə, yerinizi və həddinizi bilin, Aydın Mirzəzadə".

Milli Şuranın və EL hərəkatının üzvü, kinorejissor Eldəniz Quliyev isə hesab edir ki, təhqirin səviyyəsi yox, tərbiyəsizi olur. Onun fikrincə, haqqında danışdığımız hadisə bir tərbiyəsiz adamın fikirləridir: “Bu adam ailə tərbiyəsini büruzə verdi. Milli Şuranın bu cür məsələlərə, Etibar kimi mənasız bir adamın statusuna fikir bildirmək həvəsi də yoxdur. Təəssüf ki, bu cür adamlar Milli Məclisdə təmsil olunurlar. Hətta hakim partiyanın funksionerləri də onu qınayırlar”.

E.Quliyev E.Hüseynovun bu təhqirinə hüquqi müstəvidə cavab verilməyəcəyini dedi: “Hər ekzoik səs çıxarana görə karvan yoldan çıxsaydı, mənzil başına çatmazdı”./musavat/
1023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11