Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

"Azad Suriya Ordusunun" qurucusu öldürüldü

Bu barədə ictimaiyyətə Suriyanın dövlət telekanalı məlumat yayıb

 "Azad Suriya Ordusu" adlı silahlı qruplaşmanın baş komandanı Riyad əl-Əsəd öldürülüb. Bu barədə ictimaiyyətə Suriyanın dövlət telekanalı məlumat yayıb. Məlumata görə, ordu qüvvələrinin təşkil etdiyi əməliyyat zamanı Lazkiyə şəhərinin şimalında yerləşən Əl-Rəbiyə məntəqəsindəki Əl-Rouzə kəndində polkovnik Riyad əl-Əsəd həlak olub.

Qeyd edək ki, suriyalı müxaliflərin toplantısında iştirak zamanı Riyad əl-Əsədlə birgə İdlibdəki komandan Mustafa Birəq, "Kətibətul Muhacirin" qruplaşmasının lideri Əhməd Rihal, "Əhli-səhabə"nin başçısı Qəssam Bəru və digər silahlılar zərərsizləşdirilib.

Məlumat üçün bildirək ki, "Azad Suriya Ordusu" müxalifətin ən böyük və mütəşəkkil silahlı qruplaşmasıdır. Polkovnik Riyad əl-Əsəd 2011-ci ilin ortalarında dövlət ordusundan ayrılaraq müxalifətin “Azad Zabitlər hərəkatına” qoşulmuşdu. Növbəti addımda isə o," Azad Suriya Ordusun"u təsis etmişdi./Faktxeber

1629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01
"Bıçaq