Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Yeməkdən sonra əsla bu hərəkətləri etməyin

Yemək yedikdən sonra adət halını almış bəzi hərəkətlər var ki, onlar sağlamlığımıza olduqca ziyan verir. Bu sahədə aparılan tədqiqatlar zamanı yeməkdən sonra insan sağlamlığına ziyan olan bəzi ən təhlükəli hərəkətlər üzə çıxıb.

1.Tədqiqatlar göstərir ki, yemək yedikdən sonra çəkilən bir siqaret 10 siqaretə bərabərdir və bu da xərçəng riskini daha da artırır.

2. Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur. Odur ki meyvəni yeməkdən 1 saat əvvəl və ya sonra yemək məsləhətdir.

3. Yeməkdən sonra dərhal çay içmək, çay yarpaqlarının tərkibində mövcud olan yüksək miqdardakı turşular yeməkdəki zülalın həzmini çətinləşdirir.

4. Bu hərəkəti xüsusən kişilər tez-tez edir. Yeməkdən sonra kəməri boşaltmaq bağırsaqların bükülməsinə gətirib çıxarır.

5.Yemək yedikdən sonra duş qəbul etmək əl və ayaq nahiyələrində qan dövranını artırır mədə ətrafında isə qan dövranı azalır. Nəticədə isə həzm prosesi zəifləyir.

6. Yeməkdən sonra dərhal yatmaq yediklərimizin normal həzm olunmamasına, nəticədə isə bağırsaqlarda və mədədə iltihab əmələ gəlməsinə səbəb olur.
1035 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33