Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı qəti qüvvəyə mindi

Avropa İnsan Hüquqları Məhkəməsinin REAL Hərəkatının məhbus sədri İlqar Məmmədovla bağlı qərarı qəti qüvvəyə minib.

May ayında Avropa Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 20 min avro, vəkil xidmətinə görə isə 2 min avro, ümumilikdə 22 min avro təzminat ödəməlidir.

Avqust ayında Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Oktyabrın 13-də 5 hakimdən ibarət kollegiya müraciətə baxaraq onu Böyük Palatanın baxışına verməkdən imtina edib və beləliklə, may ayında çıxarılan qərar qəti qüvvəyə minib.

İlqar Məmmədov 2013-cu ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan mərhum edilib./mediaforum/
972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49