Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Xızıda 8-ci sinif şagirdi Əfqanıstan veteranını qətlə yetirib

Xızıda qətl törədilib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

Kənd sakini Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.

Xızı Rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən Elnur Heybətovun 15 yaşı var və o, Xələc kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Qətlə yetirilən Xasməmməd Rəsulov isə Əfqanıstan veteranıdır./apa/
967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya