Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Whatsapp-dan unikal yenilik

Whatsapp-ın yeni versiyası ilə zəng etmək mümkün olacaq.

Bu tətbiqi işlədənlər artıq kontur almaq dərdindən də xilas olacaq. Belə ki, internet vasitəsi ilə istənilən Whatsapp istifadəçisinə səsli danışıq zəngi etmək mümkün olacaq.

Bununla yanaşı, tətbiq istifadəçilər bir digər yenilik də təqdim edəcək. Bu yenilik istifadəçilərə səsli danışıq zənglərinin audio yazısını qeyd etməyə imkan verəcək.

Əslində, bəzi ölkələrdə qarşı tərəfin razılığı olmadan telefonla şəxsin səsini yazmaq qanunla qadağandır. Ancaq, ehtimal ki, Whatsapp yenilikləri edərkən bu məsələni də nəzərə alacaq.

Mütəxəssislərin fikrincə, Whatsapp-ın bu yeni xidmətləri GSM operatorları üçün böyük problemlər yarada bilər. Eyni zamanda, tətbiqin daha da fuksional hala gətirilməsi də Whatsapp-ın rəqiblərinə ağır zərbə vuracaq./ans/
769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22