Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Mövsüm Səmədovun apelyasiya şikayəti hazırdır

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun işindən apellyasiya şikayəti hazırdır.

Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb. Təqdimatda Mövsüm Səmədovun qapalı rejimdə saxlanmaq üçün Qobustan həbsxanasına köçürülməsi xahiş olunub.

Vəkil Anar Qasımlı oktyabrın 14-də bildirib ki, qərardan apellyasiya şikayəti hazırlanıb və bu həftə təqdim olunacaq.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, şərlənərək hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib./mediaforum/
1129 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP