Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

PKK Türkiyə xüsusi təyinatlılarına hücum etdi

Türkiyənin Tunceli şəhərinin mərkəzindən 30 kilometr aralıda yerləşən Geyiksuyu kəndindəki Jandarma Xüsusi Təyinatlı Alayın Qərargahı ilə Geyiksuyu Jandarma Polis İdarəsi binalarına və əsas bölgələrinə sızmaq istəyən bir qrup PKK terrorçusu təhlükəsizlik qüvvələri tərəfindən son anda müşahidə edilib. Türkiyə təhlükəsizlik qüvvələri ilə PKK-çılar arasında 3 müxtəlif nöqtədə qarşıdurma çıxıb. PKK-çılar minaatanlardan intensiv atəş açarıblar, daha sonra meşəyə doğru qaçıblar, - DHA.

Hadisənin ardından Türkiyə Ordusu F-16 qırıcılarını havaya qaldıraraq terrorçuları geri oturdub. Bölgədə asayiş bərpa olunub.

Türkiyə mətbuatı bununla 2011-ci ildən hökumətlə PKK arasında dialoq prosesi kimi adlandırılan surəcin başa çatdığını, PKK-nın yenidən Türkiyəyə hücumlara başladığını bildirir.
932 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33